• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Türkiyədə anım tədbirləri keçiriləcək

DÜNYA

13 Iyul 2024 | 10:56 | Müəllif: Əli Hüseynov

Türkiyədə anım tədbirləri keçiriləcək

Türkiyədə 15 iyul Demokratiya və Milli Birlik gününə həsr edilmiş tədbirlər keçiriləcək.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki,  Türkiyə hökuməti “Millətin Qələbəsi” mövzusu ilə bağlı ölkə daxilində və xaricində genişmiqyaslı anım tədbirləri təşkil ediləcək.

Bildirilib ki, tədbirlər çərçivəsində ölkə başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda 15 İyul Şəhidlərinin məzarlarını ziyarət edəcək.

Prezident Ərdoğan ziyarətdən sonra Türkiyə Böyük Millət Məclisində yerləşən Şəhidlər abidəsinə baş çəkəcək.

Həmçinin, Türkiyə diasporu hadisələrin xaricdə tanınması məqsədilə tədbirlər keçirəcək.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026