• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İsrailli nazir: "Qəzza ərazisi işğal edilməlidir"

DÜNYA

12 Avqust 2024 | 10:40 | Müəllif: Gülşən Şərif

İsrailli nazir: "Qəzza ərazisi işğal edilməlidir"

"Həmas ilə atəşkəs və əsir mübadiləsi razılaşması əldə etməkdənsə, Qəzza ərazisini işğal edərək miqrasiyanı təşviq etmək lazımdır".

Bakıvaxtı.az "Son dakika"ya istinadən xəbər verir ki, bunu İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri Itamar Ben-Qvir deyib.

O, bildirib ki,  Həmas ilə masa arxasında oturmaq böyük səhv və fəlakətdir.

"Qəzzadakı israilli məhbusları geri almağın yeganə yolu hərbi səylərin artırılmasıdır. İsrailin baş naziri Benyamin Netanyahu Həmas ilə atəşkəs və əsir mübadiləsi razılaşmasını qəbul edərsə, bu, çox böyük səhv olacaq. İsrail Qəzzaya gələn yanacaq və humanitar yardımı kəsərsə, Həmas iki həftə ərzində təslim olacaq", - deyə nazir vurğulayıb.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR