• Bakı 8° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mask dünyanın ilk trilyonçusu OLACAQ

DÜNYA

11 Sentyabr 2024 | 10:34

Mask dünyanın ilk trilyonçusu OLACAQ

Amerikalı iş adamı, milyarder İlon Mask 2027-ci ildə dünyanın ilk trilyonçusu ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

“Informa Connect Academy” mərkəzinin analitikləri Maskın sərvətinin hər il 110 faiz artması ilə bağlı rəsmi statistik məlumatlara əsaslanaraq belə bir nəticəyə gəliblər.
Bundan əlavə, “Bloomberg”in milyarderlər indeksinə görə,  Mask 251 milyard dollar sərvəti ilə dünyanın bir nömrəli milyarderidir.

2028-ci ildə dünyanın ikinci trilyoneri peyda olacaq. O, Hindistanın Adani Qrupunun rəhbəri Qautam Adani olacaq.

“Forbes”in məlumatına görə, Qautam Adani Asiyanın ən varlı adamı hesab olunur. Onun sərvəti hər il 123 faiz artır. “Nvidia”nın baş direktoru Jensena Huang və İndoneziya maqnatı Prajoqo Panqestunun da trilyonçu olmaq şansı var. Dünyanın ən varlı adamları sırasında da sayılan Mark Zukerberq və Bernard Arnoya trilyonçu olmaq üçün 6 il lazım olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR