• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qırmızı dənizdə ABŞ-nin neft tankeri vuruldu

DÜNYA

11 Oktyabr 2024 | 09:05

Qırmızı dənizdə ABŞ-nin neft tankeri vuruldu

Yəmənin husilər kimi tanınan “Ənsar Allah” hərəkatının döyüşçüləri Qırmızı dənizdə ABŞ-ın “Olympic Spirit” neft tankerinə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya “Telegram” kanalında yazıb.

"Yəmən Silahlı Qüvvələri iki hərbi əməliyyat keçirib. Bunlardan birincisi ABŞ-ın " Olympic Spirit " neft gəmisinə qarşı olub", - sözçü bildirib.

Saria əlavə edib ki, gəmi 11 ballistik raket və iki pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Hərəkat nümayəndəsinin sözlərinə görə, tanker birbaşa zərbə alıb.

Saria hücumu Fələstin və Livan müqavimətinə dəstək, həmçinin Yəmənə qarşı ABŞ-Britaniya təcavüzünə cavab kimi izah edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026