• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Kömür mədəninə silahlı basqın - 20 ölü

DÜNYA

11 Oktyabr 2024 | 09:13

Kömür mədəninə silahlı basqın - 20 ölü

Pakistanda naməlum şəxslər kömür mədəninə silahlı basqın ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat verib.

Qeyd olunub ki, hadisə ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib.

Belə ki, silahlı şəxslər Duki ərazisində yerləşən kömür mədənini mühasirəyə alıb və şaxtaçılar üçün nəzərdə tutulan yaşayış yerlərinə atəş açıblar.

Nəticədə azı 20 şaxtaçı ölüb, daha 7 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Agentlik xatırladır ki, hücum İslamabadda keçiriləcək böyük təhlükəsizlik sammiti ərəfəsində baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026