• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistan KTMT-yə 53 milyon rubl ödəməlidir

DÜNYA

13 Iyul 2024 | 10:34

Ermənistan KTMT-yə 53 milyon rubl ödəməlidir

Ermənistanın 2025-ci il üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ödəməli olduğu üzvlük haqqı hesablanacaq.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib.

“2025-ci ilin büdcə layihəsinə baxılacaq, bütün maddələr buna uyğun hesablanacaq”, - o bildirib.

V.Vasilyevin sözlərinə görə, İrəvanın haqqı ödəyib-ödəməyəcəyi ölkə rəhbərliyinin siyasi iradəsidir.

O qeyd edib ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür - Rusiya ümumi məbləğin yarısını, qalan 50 %-i isə digər beş dövlət, hər biri 10 % ödəməlidir. Ermənistanın 2024-cü il üçün ödəməli olduğu məbləğ 53,22 milyon rubl müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026