• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Dünyaya daha bir TƏHLÜKƏ: Xeyli sayda insan...

CƏMİYYƏT

11 Avqust 2022 | 09:59 | Müəllif: Qalib İbrahimoğlu

Dünyaya daha bir TƏHLÜKƏ: Xeyli sayda insan...

Xəbər verildiyi kimi, Çin alimləri insan və heyvanları yoluxdura bilən ölümcül təhlükəli henipavirusun əvvəllər məlum olmayan növünü aşkar ediblər. Yeni patogen Lanye virusu (LayV) adlandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, görünən simptomlar öskürək, qızdırma, zəiflik, əzələ ağrısı, ürəkbulanma və başağrısıdır. İndiyədək yoluxmuşlar arasında heç bir əlaqə aşkar edilməyib və onların yaxınlarında xəstəlik əlamətləri yoxdur. Bu, virusun insandan insana ötürülməsinin mümkün olmadığına ümid etməyə imkan verir. Ümumiyyətlə, patogen henipavirusun Nipah növünə (NiV) bənzəyir, lakin Lanye vəziyyətində həkimlər hələ ki, ölüm və ya ağır gedişat müəyyən etməyiblər.

Qeyd edək ki, henipavirus yarasalar, siçanlar tərəfindən yayılır və yoluxmuş heyvanın tüpürcəyi ilə çirklənmiş meyvəni yeyən insanlara ötürülür. Ona qarşı nə dərman, nə də vaksin var və xəstəliyin ölüm nisbəti 40-75% arasında dəyişir İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, heyvanlarda yüzlərlə, minlərlə virus var: “Ən çox virus daşıyan heyvan da yarasadır, amma o virus yarasalara bir şey eləmir. Yarasaların immun sistemi çox güclüdür və viruslara qarşı kifayət qədər qoruyur. Amma virus yarasadan insanlara və ya digər heyvanlara yoluxduqda artıq problem yarada bilir”.

İnfeksionist qeyd edib ki, Henipavirus da yarasa və digər heyvanlarda olan viruslardır, Çində insanlarda aşkar olunub: “Bilirsiniz ki, Çində insanlar yarasalarla daha yaxından təmasda olur, onları yeyirlər. Yarasaları tutma, ya da yaxşı bişirilmədiyi halda yemə prosesində insan virusa yoluxa bilir. Virusun 35 nəfərdə aşkar olunması, həqiqətən, problemdir”.

Onun sözlərinə görə, indi virusun insandan insana yoluxub yoluxmadığını, hansı yolla yoluxduğunu araşdırılır. Yəqin ki, yaxın günlərdə tam araşdırılıb virusun quruluşu, mənbəyinin hansı heyvan olduğu və s. məlum olacaq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR