• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Putinin hesabları yanlış çıxdı, o, müharibəni bitirmək üçün...

CƏMİYYƏT

10 Sentyabr 2022 | 09:12

Putinin hesabları yanlış çıxdı, o, müharibəni bitirmək üçün...

“Vladimir Putin hərbçi olmadığından Ukraynaya qarşı işğala qərar verərkən hesabları yanlış çıxıb”.
Bakıvaxtı.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert qeyd edib ki, Kreml sahibi nə qədər desə də ki, “hər şey plan üzrə gedir”, inandırıcı deyil:

“ Putin Ukraynanın bir neçə həftəyə təslim olacağını düşünürdü. Olmadı. Putinin təbirincə desək, müharibə onun planı üzrə getsəydi, Donbasın tamamı bugünə qədər işğal olunmalı və Ukraynanın müdafiəsi çoxdan yarılmalı idi. Bu isə nəinki baş vermir, əksinə müharibədə böyük təcrübə toplayan və döyüşlərə rezerv qüvvələr cəlb edən Ukrayna ordusu müxtəlif istiqamətlərdə uğurlu əks-hücumlar təşkil edir”.

E. Şahinoğlunun sözlərinə görə, hər iki tərəf itki verir, sadəcə fərq ondadır ki, ukraynalı döyüşçülər öz torpaqları uğrunda həlak olurlar, rusiyalı döyüşçülər isə özgə torpaqda nəyin uğrunda savaşdıqlarını anlamırlar:

“ Bu səbəbdən ukraynalı döyüşçülər mənəvi üstünlüyə malikdirlər, istənilən müharibədə bu amil həlledici rola malikdir. Putinin müharibəni bitirməsi üçün Ukrayna tükənməli və təslim olmalıdır. Bu baş verməyəcək”.
Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026