• Bakı 23° C

    5.38 m/s

Xarici səyyahlar Ağalıda oldular

CƏMİYYƏT

10 Sentyabr 2022 | 09:08

Xarici səyyahlar Ağalıda oldular

Xarici səyahətçilər Zəngilanın Ağalı kəndində olublar.

Bakıvaxtı.az xəbər verir ki, onlara bərpa işləri haqqında danışılıb.

Zəngilanın Ağalı kəndi haqqında həmçinin “Ağıllı kənd”in üstünlükləri barəsində səyahətçilərə məlumat verilib.

Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.

3 gündür davam edən səfərdə səyahətçilər ilk günü Şuşa və Ağdam şəhərlərini, ikinci günü Füzuli, Xocavənd rayonu, bu gün-son gün isə Zəngilan və Cəbrayılı ziyarət edəcəklər.

Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026