• Bakı 22° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

DYP-dən AÇIQLAMA: Polisin əmrinə tabe olmaq MÜTLƏQDİR

CƏMİYYƏT

12 Sentyabr 2024 | 13:00

DYP-dən AÇIQLAMA: Polisin əmrinə tabe olmaq MÜTLƏQDİR

Xəbər verdiyimiz kimi, ölkəmizdə avtobus zolaqlarının tətbiq edilməsi istiqamətində işlər son aylarda ciddi şəkildə davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Bakı şəhəri və şəhərətrafı qəsəbələrdə ümumilikdə 70 kilometrdən çox ərazidə avtobus zolaqlarının çəkilməsi prosesi başa çatıb.

Lakin yolların geniş olmaması və digər problemlər səbəbindən hərəkət iştirakçılarının rahat formada nəqliyyat vasitəsini idarə etməsi üçün bəzi problemlər yaranır.

Sosial mediada yayılan bəzi məlumatlara görə, son zamanlar geniş vüsət almış tıxaclar zamanı yol polisi əməkdaşları bəzən maşınları avtobus zolağında hərəkət etməyə yönəldir.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yol polisi əməkdaşları müxtəlif nizamlayıcı siqnallardan istifadə edə bilər:

"Qanunvericiliyə əsasən, yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün nizamlayıcı siqnallarından istifadə olunur".

Qeyd edilib ki, nzamlayıcının siqnalları və göstərişləri nizamlama vasitələrinin tələblərinə zidd olduqda belə, hərəkət iştirakçıları həmin siqnallara və göstərişlərə əməl etməlidir və bu onlar üçün məcburidir:

"Nizamlayıcının siqnallarına və göstərişlərinə əməl edilməsi zamanı qayda pozuntusuna yol vermiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilirsə, o halda müvafiq qaydada şikayət verilməklə məsələyə baxılır və qanunvericiliyə uyğun qərar qəbul edilir",- cavabda diqqətə çatdırılıb.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR