• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Əbu-Dabidə planlaşdırılmamış danışıqlara başladılar

DÜNYA

25 Noyabr 2025 | 21:31 | Müəllif: Subhan Mahmudov

Əbu-Dabidə planlaşdırılmamış danışıqlara başladılar

Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə birbaşa, planlaşdırılmamış danışıqlar aparır.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Axios” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu görüşdə Ukrayna tərəfinə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov rəhbərlik edir.

Bildirilir ki, Rusiya və Ukrayna hərbi kəşfiyyat rəsmiləri arasında görüş əvvəlcə fərqli mövzuda planlaşdırılıb. Dəqiq mövzu göstərilməyib. Lakin tərəflərin planları ABŞ ordusunun katibi Den Driskollun Əbu-Dabiyə gəlişi ilə dəyişib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026