• Bakı 11° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Edillidə tapılan qalıqlar hərbçilərimizə aiddir

CƏMİYYƏT

04 Oktyabr 2022 | 14:36

Edillidə tapılan qalıqlar hərbçilərimizə aiddir

Xocavənddə aşkarlanan kütləvi məzarlıqdakı qalıqlar hərbçilərimizə məxsusdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin şöbə rəisi Nuranə Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan xalqı ermənilərin törətdikləri minlərlə faciə, terror, kütləvi qırğınlarla üzləşib.

"Hazırdan Xocavəndin Edilli kəndindəyik. Burada 3 sahə aşkar edilib. Birinci və ikinci sahədə ümumi 6 skelet sümüyü, üçüncü sahədə isə 12 skelet sümüyü aşkar olundu. Bu sümüklər hərbçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqarət kötüyü, güllələr, patronlar var. Sümüklər qablaşdırılaraq müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək" - deyə o əlavə edib. /Trend
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026