Əfqanıstanda Tacikistanla sərhəd yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Bədəxşan vilayətinin İşkaşim şəhərindən təqribən 13 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 103 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.










jpg-1644760597.webp)





