Taliban kəşfiyyat xidməti Rusiya və Belarus agentlərinin Əfqanıstandakı fəaliyyətinə qarşı mübarizəni gücləndirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
"Taliban hərəkatının Baş Kəşfiyyat İdarəsi Əfqanıstanda Rusiya və Belarus agentlərinin fəaliyyətinə nəzarəti gücləndirir. Taliban kəşfiyyat xidmətləri "müttəfiq dövlət" nümayəndələrini Şərqlə Qərb arasında gərginlik yaratmaq üçün "Əfqanıstan İslam Əmirliyi"ndən istifadə etməyə cəhddə şübhələnirlər", - məlumatda deyilir.
"Əks-kəşfiyyat məlumatlarına görə, ölkə ərazisində əsas vəzifəsi xarici dövlətlərin maraqlarının toqquşması olan agent şəbəkəsi yaradılıb", - kəşfiyyat xidməti edib.