Episentri Lesbos adası olan Egey dənizində zəlzələ olub.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir kİ, Kandilli Rəsədxanasının məlumatına görə, yeraltı təkan 3,9 bal gücündə baş verib.
Yerli vaxtla saat 12:27-də qeydə alınan zəlzələnin dərinliyi 6,1 kilometr olub.
Məlumata görə, bölgə yanvarın 10-da baş verən 5 bal gücündə yeraltı təkandan sonra ardıcıl zəlzələlərlə sarsılır.
Aytac Aslan
















