• Bakı 12° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Əli Əsədov Konqo Prezidenti ilə görüşdü

SİYASƏT

04 Aprel 2024 | 16:01 | Müəllif: Qalib İbrahimoğlu

Əli Əsədov Konqo Prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən bildirilib.

Verilən xəbərə görə, görüşdə Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Ölkəmizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb.

    Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Covid-19 pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab verilməsi, Qoşulmama Hərəkatının təsisatlanması, həmçinin bir çox digər istiqamətlərdə səy göstərdiyi diqqətə çatdırılıb.

    Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticari, neft sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

    Eyni zamanda səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Noyabr 2026