• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Əli Əsədov gələn həftə Türkiyəyə səfər edəcək

SİYASƏT

04 May 2024 | 13:00

Əli Əsədov gələn həftə Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyәnin Xarici İqtisadi Əlaqələr Şurasına (DEİK) istinadən xəbər verir.

Qeyd edilib ki, Ankarada Hökumətlərarası Komissiyanın 11-ci iclası olacaq.

İclas Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək.

Onlar həmçinin DEİK və Türkiyə Ticarət Palataları və Birjalar Birliyinin təşkil etdiyi biznes forumda iştirak edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026