"Bildiyimiz kimi, son illərdə, eləcə də bugünlərdə xaricdən, istər daxildən olan güclü qüvvələr Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə qarşı çox çirkli oyunlar və planlar həyata keçirilməyə çalışılır".
Bunu Bakıvaxtı.az-a deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, dövlətimizin başçısı bu il keçirilmiş prezident seçkilərindən sonra Milli Məclisdə keçirilən inaqurasiya vaxt qeyd etdi ki, biz elə bir tərpənməyən daşları yerindən oynatmışıq ki, bunu bizə bağışlamayan qüvvələr daima fitnə çıxarmağa çalışacaqlar:
"Elə ötən ayın ortalarında TBMM-də təmsil olan millət vəkili DEM partiyasının üzvü, fəaliyyəti ilə çox açıq və kəskin ermənipərəst mövqedə olan PKK yanlısı olduğunu, Türkiyədə seperatizm yanlısı, Türkiyədən daima beynəlxalq təşkilatlara şikayət edən, Türkiyə düşmənləri ilə işbirliyində olan Ömər Faruk Gergerlioğlu növbəti dəfə çıxışında açıqlaması ilə ölləmizə olan nifrətini bildirdi. Bu partiyanın və onun bir çox üzvləri Azərbaycan xalqının torpaqlarının azad olunması uğrunda apardığı 44 günlük Vətən savaşında, eləcə də qazandığımız möhtəşəm zəfərdə bəzi CHP millət vəkilləri ilə birgə erməni işğalçölarını dəstəkləyən mövqe sərgilədilər. Millət vəkili Ömər Faruk Gergerlioğlunu Azərbaycanın suverenliyinin bərpası əməliyyətində xüsusilə də Laçın dəhlizi ətrafında aparılan əməliyyatlarda çöxışlarında açıq aşkar tam erməni yanlısı olduğunu bəyan edirdi. Hətta bir qrup DEM üzvləri bu əməliyyatların durdurulması ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişdilər. Yəni bu millət vəkili öz mövqeyi ilə tam erməni işğalını dəstəkləyən bir PKK yanlısı. Bu da təbiidir.. Türkiyənin bölünməsini istəyən və bunun üçün hətta Türkiyə Azərbaycan düşmənləri ilə əməkdaşlıq edən DEM millət vəkilindən bundan artıq nə gözləmək olar. Bu mənada terroru və terrorçunu dəstəkləyən bu siyasətçi də sözsüz ki, ölkəmizdə qanunçuluğu, sabitliyi, əmin amanlığı və təhlükəsizliyi qoruyan fədakar Azərbaycan polisin haqqında xoş sözlər səsləndirməz. Üzdən iraq illət vəkili Ömər Fartukun saytına baxmaq və onun Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyini əks etdirən fəaliyyətini görə bilər. Təbii ki, onun çıxışında müdafiə etdiyi adam da elə onun yolunda olanlardan biri olacaq".
Deputat qeyd edib ki, Azərbaycanda olduğu kimi Türkiyədə də antimilli qüvvələr, milli satqıınlar hələ də düşmən dəyirmanına su tökürlər. Bu qüvvələr nə qədər çirkli siyasət aparsalar da əmindirlər ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və strateji müttəfiqliyi əbədi və sarsılmazdır:
"Çox təəssüf ki, bu gün hər iki qardaş və strateji müttəfiq ölkədə milli satqınlar həm də birlik və bərabərliyimizi sarsıtmaq üçün də müxtəlif layihələr həyata çalışırlar. Bu cür qüvvələr üçün milli mənafe və ya milli dəyər məfhumu yoxdur. Bu qüvvələr ancaq xaricdəki patronlarına, ağalarıma hesabat verirlər. Möhtərəm prezidentimiz də dəfələrlə çıxışlarında bu mənada hər kəsin ayıq-sayıq olmasını bildirir. Ömər Fatuk kimi etnik kimliyi bilinməyən, Türkiyənin bölünməsi üçün dəridən qabıqdan çıxan, PKK yanlısının öz sosial səhifələrində Azərbaycan və Türkiyə iqtidarına qarşı verdiyi yazılar, eləcə də bugünlərdə SOCAR-ın Türkiyə ofisimə hücum bu mərkəzlərin tapşırıqları ilə həyata keçirilir. Baxmayaraq ki, dəfələrlə mətbuatda SOCAR-ın İsrailə neft satmadığı haqda yazılar getsə də bu qüvvələr öz çirkli məqsədlərindən əl çəkmirlər. Tam əminlik və qətiyyətlə deyirəm ki, bütün bunlar tamamilə qərəzli, yalan və qarayaxma xarakterli yalan xəbərlərdir. Hər kəs bilir ki, dünya neft bazarında bütün şirkətlər öz məhsulinu müxtəlif trader şirkətlər vasitəsilə satırlar. Sözsüz ki, belə bir çüqavilə yoxdur ki, sən trederə satdığın məhsulu onun kimə satıb-satmayacağını şərt qoyasan. Nefti kim alırsa daha sahibi odur".
M.İbrahimqızı xüsusi qeyd edir ki, SOCAR-a qarşı həyata keçirilmiş cinayət aksiyasınım məqsədi Azərbaycan və Türkiyə arasında ayrılıq nifaqı salmaq. Türkiyə ictimaiyyəti arasında ölkəmizi gözdən salmaqdır:
"Bu cinayəti törədənlər uzun illər Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar aparır. Bu qruplaşmalar arasında erməni mənşəli kifayət qədər çox sayda PKK yanlıları da var. Və TBMM-də DEM Partiyasını təmsil edən Ömər Faruk kimi millət vəkilləri fə bu qruplaşmalar arasındadır. Hər kəs bilir ki, məqsəd Azərbaycan -Türkiyə qardaşlığının nümunəsi olan SOCAR Türkiyədə nəhəng layihələr həyata keçirir. Bu gün Türkiyə iqtisadiyyatına böyük töhfələr verir. Sözsüz ki, bu qüvvələr ifşa olur, layiqli də cavab veriləcək.. Amma bir daha qeyd etmək istərdim ki, həmin qüvvələr bölgədə lider dövlət olan və gündən günə dünyada böyük nüfuz qazanan, Azərbaycanın nüfuzuna Türkiyə ictimai rəyində xələl gətirməkdir. Amma bu qüvvələr bilməlidir ki, onlatın bütün planları öz gözlərində qalacaq".
İsmayıl Alısoy.
















