"Sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40%-ni üstələyir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir qeyd edib ki, 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək:
Son 5 ildə isə həyata keçirilən 4 sosial islahat paketi 7 mlrd. manat olmaqla 4 milyon vətəndaşı əhatə edib və müasir təhsilin inkişafı və əhalinin keyfiyyətli və qabaqcıl tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha çox vəsait nəzərdə tutulub.
Mina Mikayılova
Bakı 


