• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Əli Kərimli barəsində cinayət işi açıldı - YENİLƏNİB

CƏMİYYƏT

09 Avqust 2024 | 11:55

Əli Kərimli barəsində cinayət işi açıldı - YENİLƏNİB

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli keçmiş partiya üzvü tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Bakıvaxtı.az-ın məlumatına görə,  partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

    İş hakim Babək Pənahovun icraatına verilib.

    Məhkəmə iclası avqustun 13-ü saat 11:00-a təyin edilib.

    ***

    11:05

    AXCP sədri Əli Kərimli barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əli Kərimli özü məlumat yayıb.

    Əli Kərimli bildirib ki, iş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq.

    Bildirilib ki, o, Cinayət Məcəlləsinin "şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər" bölümü ilə ittiham olunub.

     


    SON XƏBƏRLƏR

    06 Sentyabr 2024