• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

“Elmi-tədqiqat institutları boş-bekar oturublar” - Deputat

CƏMİYYƏT

07 Yanvar 2022 | 13:26 | Müəllif: Qalib İbrahimoğlu

“Elmi-tədqiqat institutları boş-bekar oturublar” - Deputat

Yeni ilin ilk günlərindən ölkədə un və çörəyin qiymətində artım oldu. Qiymət artımını daha çox Azərbaycanın taxılı Rusiyadan alması və ordakı qiymət dəyişikliyinin bizə də təsir etməsi ilə əlaqələndirilir.

Millət vəkili Aqil Abbas Bakıvaxtı.az-a deyib ki,  Azərbaycanda kənd təsərrüfatı sahəsi bir o qədər də inkişaf etməyib. Onun sözlərinə görə, çörək buğdasını əkib-becərmək çətindir: “Azərbaycan öz əhalisini çörəklə təmin edə bilmir. Ona görə də taxılı başqa ölkələrdən almaq məcburiyyətindəyik” deyən deputatın fikrincə, Azərbaycan kənd təsərrüfatı öz əhalisinin heç olmasa 70-80%-ni çörəklə təmin etməlidir.

“Buğdalar seçilməli, əkilməli, məhsuldarlıq artırılmalıdır. Bir hektardan 30-35 sentner taxıl götürürük. Hektardan 50-60 sentner taxıl götürülsə, istədiyimiz olar. Buna da elmi yanaşma lazımdır. Elmi-tədqiqat institutları boş-bekar oturublar”.

 “Biz hələ də İmam Mustafayevin, Cəlal Əliyevin buğda növləri ilə işləyirik. Bu mənada problem çoxdur” deyən millət vəkilli bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə ermənilər öz dediklərinə görə, 200-300 min ton taxıl götürürdülər. “İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənməlidir. Füzuli, Ağdam və Zəngilan torpağı taxıl əkib-becərmək üçün böyük imkanlara sahibdir. Minalar təmizləndikdən sonra, yəqin ki, hökümət bu barədə fikirləşər”, deyə Aqil Abbas bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR