• Bakı 21° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Əmisi oğlunu “Tiktok” videosuna görə bıçaqladı

HADİSƏ

12 Sentyabr 2024 | 12:55

Əmisi oğlunu “Tiktok” videosuna görə bıçaqladı

Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağları yaşayış massivində əmisi oğlu Mirsəməd Əliyevi bıçaqlayan Seyidmiri Əliyevin məhkəməsi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1966-cı il təvəllüdlü S.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Seyidmiri Əliyevin əmisi oğlu Mirsəməd Əliyevə xeyli pul borcu olub. O, pulun əvəzinə qohumuna torpaq sahəsi və xırdabuynuzlu heyvanlar təklif etsə də, Mirsəməd razı olmayıb.

Hadisə günü onlar toyda iştirak ediblər. Lakin Seyidmiri oranı tez tərk edərək yaşadığı evə gedib. Əmisi oğlunun pulu qaytarmaması və ondan qaçmasından əsəbiləşən Mirsəməd isə onun oğlu Talehin telefonuna “Tiktok”dan götürdüyü videonu göndərib. Həmin videoda “sözü verib icra etməyən kişi, kişi deyil” deyilib və bu video ilə qohumuna mesaj göndərib.

O, daha sonra toydan çıxaraq əmisi oğlunun evinə gedib və orada mübahisə yaşanıb. Mübahisə zəminində Seyidmiri Mirsəmədə bıçaqla zərbə endirib.

Məhkəmə prosesi sentyabrın 10-da başa çatıb.

Mirsəməd onu bıçaqlayan əmisi oğlundna şikayətçi olmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seyidmiriyə şərti cəza verilib və o həbs edilməyib.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR