• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ərdoğanın İordaniyaya səfəri təxirə salındı - YENİLƏNİB

DÜNYA

09 Aprel 2022 | 20:47 | Müəllif: Subhan Mahmudov

Ərdoğanın İordaniyaya səfəri təxirə salındı - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci il aprelin 11-nə planlaşdırılan səfəri təxirə salınıb.

Bakıvaxtı.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfərin vaxtının təxirə salınmasına səbəb İordaniya Kralı II Abdullahın vəziyyətinin pisləşməsidir.

İordaniya kralı II Abdullah tibbi müayinədən keçmək üçün sabah Almaniyaya səfər edəcək.

Bu barədə isə kralın mətbuat xidməti məlumat yayıb.

Kralın müayinəsi Frankfurtdakı özəl klinikaların birində baş tutacaq.

İlkin məlumata görə, kral disk yırtığından əziyyət çəkir və əməliyyat oluna bilər.

 

***13:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniyaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, aprelin 11-də baş tutacaq səfər çərçivəsində Türkiyə liderinin İordaniya kralı II Abdullah ilə görüşü planlaşdırılır.

Tərəflər başda ticarət və turizm olmaqla, bir çox sahədə əməkdaşlığın daha da artırılması üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.

Görüşdə regional məsələlər də müzakirə olunacaq. Liderlər xüsusilə, İsrail və Fələstin arasındakı münaqişədən də danışacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026