Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı Putinə başsağlığı verib.
Türkiyə lideri bildirib ki, bu terror aktı regiondakı böhranların tezliklə həllinin zəruriliyini göstərir.
















