• Bakı 16° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Ukraynada 300-dən çox yaşayış məntəqəsinin adı dəyişdiriləcək

DÜNYA

22 Aprel 2024 | 15:42

Ukraynada 300-dən çox yaşayış məntəqəsinin adı dəyişdiriləcək

Ukrayna Ali Radası adlarında Rusiya imperiya siyasətinin simvollarını ehtiva edən və ya dövlət dilinin standartlarına cavab verməyən 300-dən çox yaşayış məntəqəsinin adının dəyişdirilməsini planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RBK Ukrayna məlumat yayıb. 

Ali Rada Komitəsi yerli özünüidarəetmə orqanlarından, yaşayış məntəqələrinin hərbi idarələrindən daxil olmuş 340 təklifə və Ukrayna Milli Yaddaş İnstitutunun, Dövlət Dil Standartları üzrə Milli Komissiyanın ayrı-ayrı qəsəbə və rayonların adlarının dəyişdirilməsi ilə bağlı tövsiyələrinə baxıb.

Təklif və tövsiyələr arasında 7 rayon, 15 şəhər, 54 qəsəbə, 267 kəndin adlarının dəyişdirilməsi təklif edilib.

Adın dəyişdirilməsi təklifləri arasında sovet bayramları və ya simvolları ilə bağlı çoxlu adlar var. Məsələn, bu, Pervomaiskoye, Perşotravneve, Pervomaisk, Mayevka və s.

Rusiya xadimlərinə həsr olunmuş adlar da dəyişdiriləcək: Puşkino, Miçurina, Maksim Qorki, Kutuzovka, Suvorovo, Nekrasovo və s.

Günəş Mərd


SON XƏBƏRLƏR

03 May 2024