• Bakı 25° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ərdoğan: Vaşinqtonda əldə olunan razılaşmalardan məmnunuq

SİYASƏT

09 Noyabr 2025 | 17:27 | Müəllif: Subhan Mahmudov

Ərdoğan: Vaşinqtonda əldə olunan razılaşmalardan məmnunuq

Bu il avqustun səkkizində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalardan məmnunluğumuzu ifadə etmişik.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Azərbaycan və Ermənistan arasında sülh prosesi kontekstində atılan addımları alqışlayır:

"Beş il əvvəl biz Azərbaycana ən güclü dəstəyimizi nümayiş etdirdik. Bu şanlı qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən qələbə paradına baxdıq. 2021-ci ildə imzaladığımız Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrimiz hər sahədə konkret layihələrlə daha da möhkəmlənir".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026