Xankəndidəki separatçıların üç gün öncə - avqustun 25-də rəsmi Bakı ilə görüşün təşkil edilməsi üçün Rusiyaya müraciət ediblər.
Separatçılar Rusiya sülhməramlılarının nəzarətində olan yerdə danışmaq istəyirlər və Rusiyanı vasitəçiyə, özlərini “tərəfə” çevirmək istəyirlər.
Xankəndidə üç gündür cavab gözləsələr də, nəticə yoxdur. Çünki Bakı onların istəklərini qəti şəkildə rədd edir. Bakı Ağdam yolundan istifadədə israrlıdır və Qarabağdakı erməni nümayəndələri ilə Yevlax, daha sonra Bərdədə görüşün keçirilməsini, Ağdam marşrutu və reinteqrasiya məsələsinin müzakirəsini təklif edib.
“İnteqrasiya ilə bütün təkliflər qəbuledilməzdir. Bunu Ermənistanda da, Qarabağdakı seepratçılar və onların arxasındakı güclər də yaxşı bilirlər”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib.
O qeyd edib ki, Ermənistan və onların havadarlarının siyasi, hərbi “huminar şou”sunda məqsəd Azərbaycanı beynəlxalq gündəmə gətisinlər: “Danışıqlarda separatçıları tərəf kimi göstərmək istəyirlər. Amma bu məqsədlərinə çatmaqları mümkün deyil.
Qarabağada ermənilərin rəhbəri kimi özünü təqdim edən şəxslər Yevlaxa dəvət olundular, Ağdam yolundan istifadəyə dəvət olundular. Amma biz bu dəvətlərə adekvat cavab görmədik. Azərbaycanın sərt cavabları ciddi nəticələrə səbəb olacaq. Bunun qarşısını almağa çalışırlar”.
Ramid İbrahimov





jpg-1695815202.webp)










