Xankəndində "Dirçəliş meydanı"na toplaşan ermənilər qondarma rejimin rəhbəri Araik Arutyunyana 30 dəqiqə vaxt veriblər.
Bakıvaxtı.az erməni KİV-lərinə istinadən xəbər verir ki, əgər Arutyunyan həmin müddətdə çıxıb onların suallarını cavablandırmasa, etirazçılar əks halda tədbir görəcəklərini bildiriblər.
Qeyd edək ki, qondarma qurumun binası yaxınlığına xeyli sayda polis gətirilib.
***20:57
"Hazırda Stepanakertin İntibah meydanında (Xankəndi - red.) mitinq keçirilir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat dərc olunub.
Bildirilib ki, aksiya iştirakçılarını Nikol Paşinyanın son bəyanatları və hərəkətləri narahat edib.(unikal)
















