Bu gün Azərbaycanın Yevlax şəhərində Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin görüşü keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə erməni icmasının 2 nümayəndəsi iştirak edir.
Onlar David Melkumyan və Sergey Martirosyandır.
10:48
Qarabağ nümayəndə heyəti Rusiya sülhməramlılarının müşayiəti ilə artıq Yevlaxdakı görüş başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində Artur Arutyunyanla yanaşı "Qarabağ Demokratik Partiyası” fraksiyasının deputatı Davit Melkumyan və “Azad Vətən-CMD” fraksiyasının üzvü Areq Avaqyan da var.
10:29
Qarabağın Azərbaycanlı icmasının nümayəndələri sentyabrın 21-də Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax şəhərinə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, rəsmi Bakını Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi təmsil edəcək.
Qarşı tərəfin məlumatına görə, Qarabağın azərbaycanlı icmasının nümayəndələrinə "dövlət naziri" adlandırdıqları Artur Arutyunyan rəhbərlik edəcək.
















