• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xəbəri olmadan adına şirkət açıldı: 45 min manat vergi borcu var

CƏMİYYƏT

21 Oktyabr 2023 | 09:45 | Müəllif: Subhan Mahmudov

Xəbəri olmadan adına şirkət açıldı: 45 min manat vergi borcu var

Bakı sakini Faiq Abbasovun adına şirkət açılıb və onun ünvanına külli miqdarda vergi borcu gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, 5 il öncə Faiq Abbasovun xəbəri olmadan onun adına şirkət yaradıblar. Nəticədə onun adına külli miqdarda vergi borcu yaranıb.

O özü isə bu barədə 2 il öncə xəbər tutub.

Şikayətçi problemlə bağlı etdiyi müraciətlərin nəticəsinin olmadığını bildirib.

Faiq Abbasov iddia edir ki, adına yaradılan şirkətdən xəbəri olmayıb, ancaq hazırda onun 45 min manata yaxın vergi borcu var.
Məhz bu məsələ ilə bağlı hazırda F.Abbasovun ölkədən çıxışına da qadağa qoyulub.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaş ilk olaraq Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə yaxınlaşaraq "Asan İmza" ilə bağlı əməliyyatları dayandırmalıdır. Həmçinin, hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Qurumun məlumatına görə, bu, vətəndaşı tam olaraq məsuliyyətdən azad etmir, lakin aparılan araşdırmalar və istintaq çərçivəsində saxtakarlığa yol verən şəxslər müəyyən ediləcək./xezerceber


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026