• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Paytaxtın bu rayonları qazsız qalacaq 

CƏMİYYƏT

20 Noyabr 2023 | 08:36 | Müəllif: Qalib İbrahimoğlu

Paytaxtın bu rayonları qazsız qalacaq

Bu gün Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Xətai rayonunun N.Rəfiyev küçəsində abadlıq işləri ilə əlaqədar qaz tənzimləyicinin və qaz xəttinin yerinin dəyişdirilməsi, eləcə də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin K.İsmayılov və Mədən küçələrinin kəsişməsində yerləşən yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə 20.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Şüşə” orta təzyiqli qaz kəmərində və “Əhmədli” qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Ağ Şəhər, M.Mehdizadə, S.Orucov, İ.Orucov, F.Bayramov, Natiq Əliyev, Afıyəddin Cəlilov, N.Rəfiyev küçələrinin, həmçinin Xocalı və Babək prospektlərinin bir hissəsinin, Suraxanı rayonunun isə Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR