• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xəzər sahillərində 130-a yaxın ölü suiti tapıldı

CƏMİYYƏT

19 Dekabr 2023 | 22:10 | Müəllif: Subhan Mahmudov

Xəzər sahillərində 130-a yaxın ölü suiti tapıldı

Xüsusi Komissiya Dağıstanda Xəzər dənizi sahillərində monitorinq apararkən Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmiş 130-a yaxın ölü suiti aşkar edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regional Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bu həftəsonu sahildə 130-a yaxın ölü heyvan qeydə alınıb. Onların əksəriyyəti artıq çürüyüb. Heyvanların təkcə Xəzər dənizinin Rusiya sahillərində deyil, həm də Azərbaycan və İran sahillərində ölməsi istisna deyil. Kütləvi ölümün dəqiq səbəbi hələ ki aydın deyil”, - deyə qurum qeyd edib.

Nazirlikdən izah olunub ki, Xəzər suitisinin kütləvi tələfatı son illərdə heyvanların Şimaldan Cənubi Xəzər dənizinə aktiv miqrasiyasının müşahidə olunduğu bir vaxtda mütəmadi qaydada qeydə alınır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026