Qazaxda 13 yaşlı yeniyetmə qızılca xəstəliyindən dünyasını dəyişib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Hüseyinbəyli kəndindən baş verib. Belə ki, Şabanzadə Nəzrin Fərrux qızılca diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmənin vəziyyəti ağırlaşdığından Gəncəyə aparılıb. Oradan isə ailə övladını Bakıya aparan zaman yolda dünyasını dəyişib. Qazax Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Nəzrin Şabanzadə yanvarın 12-də günorta saatlarında xəstəxanaya qızılca diaqnozu ilə gətirilib və oradan isə Gəncəyə göndərilib.
Qeyd olunub ki, rayon ərazisində qızılcaya yolxumada xeyli artım müşahidə olunur./unikal

















