• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Damda köməksiz qalan 77 yaşlı qoca xilas edildi - VİDEO

CƏMİYYƏT

18 Yanvar 2024 | 20:43 | Müəllif: Subhan Mahmudov

Damda köməksiz qalan 77 yaşlı qoca xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində bir nəfər vətəndaşın fərdi yaşayış evinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1947-ci il təvəllüdlü V.Quluzadənin yaşadığı birmərtəbəli fərdi evin damına çıxdığı, oradan düşə bilməyərək köməksiz vəziyyətdə qaldığı məlum olub. 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş damdan endirilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR