• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Tərtər işi”ndə bəraət alanlara 1 milyondan çox təzminat kəsilib

CƏMİYYƏT

21 Oktyabr 2023 | 11:06 | Müəllif: Subhan Mahmudov

“Tərtər işi”ndə bəraət alanlara 1 milyondan çox təzminat kəsilib

"Tərtər işi"nə görə məhkum edilərək sonradan bəraət alan şəxslərə kəsilmiş təzminatın ümumi məbləği bilinib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Qafqazinfo" ya vəkil Rəsul Cəfərov məlumat verib.

Vəkilin sözlərinə görə "Tərtər işi" üzrə məhkum edilmiş şəxslərdən bu günə ümumilikdə 54 nəfər bəraət alıb. Onlardan 22 nəfər hərbi qulluqçuya veriləcək təzminat ümumilikdə 1 milyon 546 min manat təşkil edib. Bundan başqa, eyni iş üzrə bəraət almış 6 nəfər mülki şəxsə 167 min 420 manat təzminat ayrılıb.

R. Cəfərov qeyd edib ki, hazırda təzminat tələbi ilə bağlı məhkəmə prosesləri davam edir.

Qeyd edək ki, bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026