General Artak Budaqyan Ermənistan Müdafiə Nazirliyinin xüsusi tapşırıqlar üzrə zabiti təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli “Joğovurd” nəşri yazıb.
Xatırladaq ki, Budaqyan 2021-ci ilin avqustundan 2023-cü ilin fevralına kimi Ermənistan Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsində çalışıb. Budaqyan yeni vəzifəyə təyin ediləndən sonra onu polkovnik Armen Gözəlyan əvəz edib.
















