• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Almaniya atom enerjisindən imtina edir

DÜNYA

16 Aprel 2023 | 09:03 | Müəllif: Subhan Mahmudov

Almaniya atom enerjisindən imtina edir

Almaniyanın cənub-qərbindəki Nekkarvesthaym stansiyasının sonuncu nüvə reaktoru aprelin 15-də şəbəkədən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, aşağı Saksoniyadakı “Emsland” və Bavariyadakı “İsar-2” atom elektrik stansiyalarının bağlanması ilə Almaniyada nüvə enerjisindən mərhələli şəkildə imtina prosesi başa çatacaq.

Bu münasibətlə nüvə enerjisinin yüzlərlə əleyhdarlarının “ziyafət” təşkil etdiyi bildirilir.

Nekkarvesthaym AES Almaniyanın ən gənc atom elektrik stansiyası idi. O, 1989-cu ildə işə salınıb və bağlanana qədər təxminən 375 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.

Orta illik elektrik enerjisi istehsalı təxminən 11 milyard kilovat-saat olan stansiya Baden-Vürtemberqdə elektrik enerjisinə tələbatın təxminən altıda birini ödəyirdi. Qeyd edək ki, atom elektrik stansiyası dayandırıldıqdan sonra söküləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026