• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"ABŞ Türkiyədəki vəziyyətə nəzarət edəcək" - AÇIQLAMA

DÜNYA

15 May 2023 | 22:25 | Müəllif: Subhan Mahmudov

"ABŞ Türkiyədəki vəziyyətə nəzarət edəcək" - AÇIQLAMA

"ABŞ hakimiyyəti Türkiyədə ümumi seçkilərin dinc şəraitdə keçirildiyinə inanır. Kimin Türkiyə prezidenti olacağı hələ bəlli deyil, lakin Amerika lideri Co Bayden istənilən siyasətçi ilə əməkdaşlığa hazırdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. 

“Türk xalqını sülh yolu ilə iradəsini ifadə etməsi münasibətilə təbrik edirik. Bayden seçkilərdə qalib gələn şəxslə işləməyi səbirsizliklə gözləyir. Yenə də, bu hələ aydın deyil” -Kirbi bildirib.

Ağ Ev nümayəndəsinin qeyd etdiyi kimi, Türkiyə rəhbərliyinin tərkibini bu dövlətin xalqı müəyyən etməlidir. O, həmçinin əlavə edib ki, ABŞ respublikadakı vəziyyətə nəzarət edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026