• Bakı 22° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Ermənistanda daha bir istefa

DÜNYA

11 Oktyabr 2024 | 00:05

Ermənistanda daha bir istefa

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qeyri-rəsmi mənbələrə istinadən erməni mediası yazıb. İstefaya səbəb hökumətin enerji sektorundakı vəziyyətdən narazılığı olub.

Vardanyan bu vəzifəni 2018-ci ilin iyun ayından tutub və əvvəllər Ermənistanın Elektrik Şəbəkələri, "Tashir Group" və Yüksək Gərginlikli Elektrik Şəbəkələri şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Bu günlərdə Ermənistan parlamentində elektrik təchizatı ilə bağlı dinləmələr keçirilib və bu, bu sektora cavabdeh olan şəxslərin kəskin tənqidinə səbəb olub.

Qeyd edək ki, Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan da istefa verib və Vardanyanın vəzifədən gedişi Baqramyanın istefası ilə əlaqələndirilir.


SON XƏBƏRLƏR

15 Iyun 2025