Ermənistan parlamenti 2020-ci il sentyabr ayının sonundan ölkədə tətbiq olunan hərbi vəziyyətin ləğv edilməsinə dair qərar verib.
Bakıvaxtı.az TASS agentliyinə istinadən xəbər verir ki, parlamentin iclası yerli telekanallar tərəfindən canlı yayımlanıb.
“118 deputat hərbi vəziyyət rejiminin aradan qaldırılması ilə bağlı layihəni dəstəkləyib”, - deyə Ermənistan parlamentinin sədri Ararat Mirzoyan bildirib.
















