• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Akıncı” PUA-nın ilk atış sınaqları uğurlu olub - VİDEO

GÜNDƏM

22 Aprel 2021 | 20:53

“Akıncı” PUA-nın ilk atış sınaqları uğurlu olub - VİDEO

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsində mühüm rol oynamış türk PUA-larının yaradıcısı Səlcuq Bayraktar sosial şəbəkələrdə maraqlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, “Baykar Savunma” şirkətinin rəhbəri yeni nəsil “Akıncı” PUA-larının ilk atış sınaqlarının uğurla başa çatdığını bildirib.

S.Bayraktar öz kateqoriyasında ən iri olan PUA-nın hədəfi 100% dəqiqliklə vurduğunu bəyan edib. Paylaşımını “Köklərdən göylərə” şüarı ilə bitirən şirkət rəhbəri “yeni əsərinin” bir deyil, ikiqat alqışa layiq olduğunu da qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR