• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

GÜNDƏM

22 Aprel 2021 | 17:59

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 047 yeni yoluxma faktı qeydə alınıb, 2 610 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 307 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 272 575 nəfər müalicə olunaraq sağalıb, 4 274 nəfər vəfat edib, aktiv xəstə sayı 31 131 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 542, ötən müddət ərzində isə ümumilikdə 3 153 877 test aparılıb.


Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026