• Bakı 13° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ermənistanın gerbi dəyişdirilə bilər

DÜNYA

13 Iyul 2023 | 18:12 | Müəllif: Subhan Mahmudov

Ermənistanın gerbi dəyişdirilə bilər

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı çıxışında dövlət rəmzləri ilə bağlı bir neçə səs-küylü açıqlamalar verib.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə Ermənistanın gerbi məsələsinə toxunan Baş nazir bunun 1991-ci ildə qurulan Ermənistan Respublikası ilə heç bir əlaqəsi olmadığını iddia edib.

"Dövlətimizin rəmzləri də bugünkü dövlətimizi əks etdirməlidir və Nikol Paşinyanın sözləri bununla bağlı idi. Mütəxəssislər düzgün həll yolu tapacaqlar. Hazırda heç bir formatda işçi qrupu yoxdur. Əlbəttə, məsələ formalaşıb və bu barədə düşünmək lazımdır, lakin daha konkret iş prosesi yoxdur. Artıq müxtəlif mütəxəssislər gerbin bəzi problemlərindən danışıblar. Sektoru koordinasiya edən nazir kimi ilk növbədə ekspertləri dinləməliyəm. Dövlət rəmzləri dövlətin simasıdır və istənilən dəyişikliyi çox yaxşı düşünmək, müzakirə etmək və anlamaq lazımdır", - deyə nazir Janna Andreasyan bu gün jurnalistlərlə söhbətində bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026