• Bakı 15° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Ermənistanın səhiyyə naziri dindirildi

DÜNYA

12 Yanvar 2024 | 19:05 | Müəllif: Subhan Mahmudov

Ermənistanın səhiyyə naziri dindirildi

COVID-19 pandemiyası zamanı mümkün sui-istifadə halları ilə bağlı Ermənistanın səhiyyə naziri Anahit Avanesyan dindirilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Anahit Avanesyan mətbuat konfransında bildirib.

"Məni dindirməyə dəvət etdilər", - nazir qeyd edib.

O, ötən ilin sonlarında (noyabr-dekabr aylarında) dindirildiyi vurğulayıb.

"Armenpress"in xəbərinə görə, Ermənistanın korrupsiyaya qarşı mübarizə komitəsi COVID-19 pandemiyası zamanı sui-istifadə halları ilə bağlı cinayət işi açıb. 10-dan çox insan dindirilib. Komitədən bildirilib ki, 2020-2022-ci illərdə səhiyyə nazirinin müavini vəzifəsini tutan Gevorq Simonyan pandemiya ilə mübarizə üçün ayrılmış dövlət vəsaitinin bölüşdürülməsinə cavabdehlik daşıyıb və o, "Medline" klinikasının direktoru ilə yaxın münasibətləri olduğu üçün vəsaitin xərclənməsinə kifayət qədər nəzarət həyata keçirməyib. Nəticədə klinikanın direktoru Babken Şaumyan külli miqdarda vəsait mənimsəyib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026