• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Ətin bahalaşmasının qarşısını necə almaq olar?

CƏMİYYƏT

20 Fevral 2023 | 15:13 | Müəllif: Qalib İbrahimoğlu

Ətin bahalaşmasının qarşısını necə almaq olar?

Xəbər verdiyimiz kimi, Azərbaycanda ət yenə bahalaşıb. Belə ki, bölgələrdə ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, satıcılar bazarda mal və quzu ətinin qiymətində artımı diri çəkidə aldıqları mal-qaranın baha olması ilə əlaqələndirirlər. Onlar qiymət artımının satışa da ciddi təsir göstərdiyini bildirirlər. Qeyd olunur ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ətin bahalaşmasının bir çox səbəbləri var: “Yəni həm yerli, həm də beynəlxalq bazarlarda baş verən proseslərlə bağlı səbəblər var. Amma əsas səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycanda texniki bitkilərin əkini sürətləndikcə əsasən də, pambıqçılıq artdıqca örüş yerlərində yem bazarının azalmasının şahidi oluruq. Örüş yerlərinin də pambığa ayrılması, torpaq sahələrində yem bazasının azalması maldarlıqda problemlər yaratdı və yemin qiymətlərinin artmasına səbəb olur”.

Onun sözlərinə görə, bu tendensiya bir neçə ildir davam edir. Nəticə etibarilə, yerli məhsul istehsalı ehtiyacları tam da ödəmirdi: “Biz daha çox Gürcüstandan iri və xırda buynuzlu mal-qara alırdıq. Xaricdən alındığı üçün hər il, təqribən 50-60 milyon dollar elə tək buna xərclənir”.

Ekspertə görə, daha bir səbəb ondan ibarətdir ki, dünyada baş verən infilyasiya ilə paralel olaraq Azərbaycanda da kəskin qiymət artımı baş verir: “Ət istehsalçıları, maldarlıqla məşğul olanlar da məcburdular ki, öz məhsullarının qiymətini artırsınlar. Çünki onlar da əti satıb başqa ərzaq məhsulları alırlar. Başqa ərzaq məhsullarının qiymətinin artması istər-istəməz onların da xərclərini artırır. Beləliklə, onlar da qiymətin artırılması ilə bağlı qərar vermək məcburiyyətində qalırlar”.

N.Cəfərlki qeyd edib ki, nəticə etibarilə çıxış yolu, əsasən, yerli istehsalın kəskin artırılmasından keçə bilər: “Təəssüf ki, hələlik nə yerli istehsalın, nə də iri və xırda buynuzlu heyvanların artımında bir dinamika müşahidə olunur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026