• Bakı 23° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Evdən çıxan koronavirus xəstəsi saxlanılıb - VİDEO

CƏMİYYƏT

07 Aprel 2021 | 12:10

Evdən çıxan koronavirus xəstəsi saxlanılıb - VİDEO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi və digər vətəndaşlarla ünsiyyətdə olduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvatxı.az-a verilən məlumata görə, Corlu kənd sakini Sübhan Mahmudovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün evdə müalicə almasına baxmayaraq, həmin şəxs Mirzəbəyli kəndi ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

S.Mahmudov barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR