Siyasi partiyaların maliyyələşməsində daha optimal yol tapılmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
F. Mustafa əlavə edib ki, siyasi partiyalara bölüşdürülən vəsaitin mexanizminə baxmaq lazımdır: “Çünki partiyaların sayı artıb. Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır. Bunun mexanizmini tapmaq lazımdır ki, vəsaitlərin partiyalar arasında bölüşdürülməsi narahatlıq doğurmasın”.Modern.az