Fələstin Milli Administrasiyası Qəzzaya nəzarəti öz üzərinə götürməli, İsrail isə iki dövlətli həll üzrə danışıqlara başlamalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
"Nəticə müsbət olarsa, Fələstin Qəzzada liderliyi öz üzərinə götürəcək və bundan sonra İsrail beynəlxalq ictimaiyyətin dəstəyi ilə iki dövlətli həll üzrə ciddi danışıqlara razılaşacaq. Bu, ən yaxşı ssenaridir. Başa düşürəm ki, İsrail ordusunun iştirakı ilə Fələstin Muxtariyyətinin və ya bir qrup ərəb ölkəsinin Qəzza zolağında məsuliyyəti öz üzərinə götürməsi çox çətin olacaq. Buna görə keçidin necə təşkil olunacağı çox vacibdir. Mənim fikrimcə, xüsusi potensialı və xüsusi məsuliyyəti olan bir ölkə var ki, o da Amerika Birləşmiş Ştatlarıdır", - o bildirib.
















