• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Fikrət Doluxanov İTV-dən GETDİ

CƏMİYYƏT

09 Avqust 2024 | 11:56

Fikrət Doluxanov İTV-dən GETDİ

İTV Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanov işdən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o özü bildirib.

“2026 gün... İTV adlı kitabda oxuduğum və yazdığım səhifələrin sayıdır. Bu kitabda özümə dost, yoldaş, həmkar, müəllim, tələbə, hətta öz hərəkətləri ilə sanki "belə etmək olmaz" deyən insanlar qazandım. Hərənin öz yeri, öz izi var. Lakin heç birini unutmayacağam. Hər birinə öyrətdiklərinə və öyrəndiklərinə görə minnətdaram. Bu 2026 səhifə içində xüsusi yeri "İTV Xəbər" komandası tutur. Bir birimizi tamamladıq, dəstək olduq, yetişdirdik. Xəbərlərdə çalışmış, çalışan və hələ çalışacaq hər kəs qarşısında borcum sonsuzdur. İTV və "İTV Xəbər" heyətinə televiziya məkanında daim yeni uğurlar arzulayıram”, - deyə qeyd edib.Bakupost.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026