• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Fransa bu iki ölkəni silahlandırır

DÜNYA

12 Oktyabr 2022 | 10:08

Fransa bu iki ölkəni silahlandırır

NATO-nun şərq istiqamətinin möhkəmləndirilməsi üçün Fransa Rumıniyaya tank briqadası göndərəcək.

Bakıvaxtı.az  xəbər verir ki, Fransa Müdafiə naziri Sebastyan Lekornu bu barədə məlumat verib.

Onun sözlərinə görə, tank və zirehli transportyorlardan ibarət briqada göndəriləcək.

“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları səbəbindən Fransa prezidenti ölkəmizin Şərqi Avropadakı müdafiə xəttini gücləndirmək üçün bu qərarı qəbul edib” – deyə o bildirib.

Bundan əlavə Litvaya da “Rafale” qırıcı təyyarələri, Estoniyaya isə hərbçilərdən ibarət qrup göndəriləcək və noyabrın əvvəlinə qədər yerdəyişmələrin yekunlaşması gözlənilir.

Xatırladaq ki, Fransanın Ukraynada 6-12 ədəd arası “CAESAR” tipli özüyeriyən, 155 mm-lik artilleriya qurğuları yerləşdirəcəyi barədə xəbərlər yayılmışdı.

Nazir həmçinin qeyd edib ki, bu yerdəyişmələr müdafiə xarakteri daşıyır və hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026